KATEQORYALAR
HƏRBİ [12]
İNDİAN FİLMS / HIND [8]
CİZGİ FİLM / CARTOON [26]
AZERBAIJAN FILM [5]
SƏNƏDLİ / DOCUMENTARY [2]
ONLAYN FiLM
KOMPYUTER OYUNLARI
PROQRAMLAR
MINI-CHAT
STATISTIKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
ISTIFADECI BOLMESI
Главная » Файлы » ONLAYN FiLM » AZERBAIJAN FILM

Bəyin oğurlanması 9BURAYA TIKLA VE ZLE )
22.01.2012, 20:44

Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor(Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.Film haqqındaFilmdəki yağış həqiqidir.Filmin rejissorlarından biri Vaqif Mustafayev Space televiziyasında müsahibəsində demişdir: Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli bu filmi mən çəkmişəm.Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.Ssenari müəllifi: Mövlud SüleymanlıRejissor: Ceyhun Mirzəyev, Vaqif MustafayevOperator: Ələsgər Ələkbərov (II), Rəşid NağıyevRəssam: Elbəy Rzaquliyev, Rafiq NəsirovBəstəkar: Emin SabitoğluSəs operatoru: Əsəd ƏsədovMontaj edən: Tamara NərimanbəyovaRollarda:Həsənağa Turabov-ƏsədSəyavuş Aslan-MustafaHacı İsmayılov-TağıNəsibə Zeynalova-Nəsibə xalaYaşar Nuri-İsrafilNatəvan Məmmədova-YasəmənTamara Şakirova-NigarŞamil Süleymanov-HəsənFilmi səsləndirənlər:Pərviz Bağırov-Həsən (Şamil Süleymanov) (titrlərdə yoxdur)Rafiq Əzimov-Əhməd (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)Mirvari Novruzova-Bibixanım (Nəcibə Behbudova) (titrlərdə yoxdur)Rasim Balayev-Elxan (Füzuli Hüseynov) (titrlərdə yoxdur)Əminə Yusifqızı-Həsənin anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur)Janr:KomediyaMusiqiliMəhəbbətİlk baxış tarixi: 17 Mart, 1986Dil: Azərbaycan diliÖlkə: Azərbaycanİstehsalçı qurum: "Azərbaycanfilm" KinostudiyasıFilmin növü: Tammetrajlı Bədii FilmRəng: RəngliVaxt: 74 dəq.İl: 1986Film çəkilən yerlər:Şamaxı, Məlhəm kəndiBakı,
kinostudiyanın pavilyonu

Категория: AZERBAIJAN FILM | Добавил: AD_1000
Просмотров: 219 | Загрузок: 0 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Вторник, 19.09.2017, 18:11
Приветствую Вас Гость
AD_1000
EMEYE HORMET OLARAQ SERH YAZIN !
ISTEDITIKLA VE YUK
Block title
AXTARIS
SAAT
DOST SAYTLAR
.